Qusarda avtomobil yolunun asfaltlanmasına başlanıldı - FOTO - VİDEO

Yeniliklər 24 İyul 2024 14:47 Oxunub 106
Qusarda avtomobil yolunun asfaltlanmasına başlanıldı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusar rayonunda 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qusar‒Xudat (18 km) ‒ Langi ‒ Caqarqışlaq ‒ Urvaoba ‒ Atlıxan ‒ Kuzunqışlaq‒Zindanmuruqqışlaq ‒ Avaranqışlaq  avtomobil yolunun əsaslı təmiri davam etdirilir . 

Uzunluğu 23 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi.  Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib, yolların eni 10 metrə qədər genişləndirilib. 

10 km hissəsi yararsız asfalt, 13 km hissəsi isə torpaq əsasdan ibarət olan yollarda  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə işləri görülüb, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunub.

Texnoloji ardıcıllığa uyğun daha sonra yol əsasının tikintisi aparılıb. Artıq yolun 13 km-lik hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Hazırda yolun digər hissəsinə yeni asfalt-beton örtüyününün döşənməsi işləri davam etdirilir.  

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.

Bütün işlər AAYDA-nın rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh