Rayonlararası sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri videokameralarla təchiz ediləcək

Rayonlararası sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri videokameralar ilə təchiz edilməlidir.
Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.
Qərara əsasən, müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinə dair tələblər müəyyənləşib.
Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır. Dövri texniki baxışdan keçməmiş müntəzəm daşımalar yerinə yetirən avtonəqliyyat vasitələri sərnişindaşımada istifadə edilə bilməz.
Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi ilə təchiz edilməlidir.
Müntəzəm şəhərdaxili (rayondaxili) və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar ilə təchiz edilməlidir.
Müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı olmalıdır.
Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində ilk tibbi yardım qutusu, hər birinin tutumu minimum 4 kiloqramlıq olan və 1 ədədi sürücü olan hissədə, digəri isə salonda yerləşdirilməklə və günəş şüalarından qorunması təmin edilməklə iki ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsinin sındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq olmalıdır.
Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonunda sürücünün görməsinə maneə yaratmamaq şərtilə salonu işıqlandıran işıqlar olmalıdır. Sutkanın qaranlıq vaxtı sərnişin daşınarkən həmin işıqlar yandırılmalıdır.
Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində sərnişinlər üçün çıxışlar və qəza çıxış yerləri olmalıdır.
Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonunda maarifləndirici xarakterli əşyalar və qurğular, habelə gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri istisna olmaqla konstruksiyada nəzərdə tutulmayan digər əşyanın yerləşdirilməsinə yol verilmir.
Qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minir.
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










