“Rolls-Royce” ən sürətli elektrik təyyarəsini sınaqdan keçirdi - VİDEO
Yeniliklər 6 Mart 2021 13:30 Oxunub 274
“Rolls-Royce” ən sürətli elektrik təyyarəsini sınaqdan keçirdi - VİDEO

Britaniyanın "Rolls-Royce" şirkəti "Spirit Of Innovation" təyyarəsinin sınaqlarını keçirib. Onun dünyanın ən sürətli elektrik mühərrikli təyyarəsi olacağı gözlənilir.

Avtosfer.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dünya rekordunun bu ilin yazında müəyyən edilməsi planlaşdırılır. Təyyarə 482 km/saat sürət həddini aşmalıdır. Bu, Siemens Extra 330LE cihazının 2017-ci ildə imza atdığı rekorddan üçdə bir dəfə çoxdur.

Ən yeni "Spirit Of Innovation" təyyarəsində gücü 400 kVt (500 at gücü) olan güc qurğusu quraşdırılıb. Bu, ona lazımi sürətə çatmasında kömək etməlidir.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh