Rus maşınları ilə taksi fəaliyyəti qadağan olunur

“VAZ 2106” və “VAZ 2107” markalı köhnə maşınlar taksi xidmətindən uzaqlaşdırılacaq. Bakı Nəqliyyat Agentliyi (BNA) bununla bağlı “Taksi xidmətinin təkmilləşdirməsinə dair Tədbirlər Planı” hazırlayıb. Avtosfer.az fins.az-a istinadən xəbər verir ki, bu barədə məlumat verən BNA mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, “Lisenziyalar və icazələr haqqında” 2016-cı il 15 mart tarixli qanuna əsasən, taksi sürücüsüləri “Fərqlənmə nişanı” almalıdırlar.
“Fərqlənmə nişanı” taksi fəaliyyəti ilə məşğul olanlara mane olmayacaq. Ancaq istismar müddəti tam bitmiş, istismara yararsız halda olan taksilər xətdən çıxarılacaq. Eyni zamanda sovet vaxtı istehsal olunan maşınlar taksi xidmətindən kənarlaşdırılacaq. Əsasən, “VAZ 2107”, “VAZ 2107” markalı maşınlara fərqlənmə nişanının verilməməsi gözlənilir”.
Tədbirlər Planına uyğun olaraq taksi xidməti göstərən avtomobilllərin salonu, xarici görünüşü, texniki baxımdan saz olmasına diqqət yetiriləcək. Gələcəkdə isə taksi xidməti üçün köhnə maşınlara limit qoyulacaq. Bu müddət 10 il və daha artıq ola bilər.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












