Rusiya "kosmik ovçu" hazırlayır – VİDEO

Sentyabrın əvvəllərində Moskva yaxınlığındakı Kubinka şəhərində keçiriləcək "Armiya-2016" beynəlxalq forumunda Rusiyanın silahlı qüvvələri üçün nəzərdə tutulmuş perspektiv hava-kosmik təyyarəsinin mühərriki nümayiş olunacaq. Model artıq sınaqdan keçirilib və işlək olduğunu sübut edib. Avtosfer.az xəbər verir ki, bu barədə milli.az daily mail-ə istinadən bildirir ki, bunu Rusiyanın Strateji Təyinatlı Raket Qoşunlarının (STRQ) komandanı Sergey Karakayev deyib.
Onun sözlərinə görə, kombinə olunmuş mühərrik təyyarəyə atmosferlə yanaşı, yaxın kosmosda da uçmağa imkan verəcək. Mühərrik STRQ-nin Hərbi Akademiyasının Serpuxov şəhərindəki filialında hazırlanıb.
Filialda "kosmik ovçu" adlanan hipersəs sürətli strateji bombardmançı təyyarə də hazırlanır. 2020-ci ildə ilk modeli istifadəyə veriləcək təyyarə səmadan və kosmosdan zərbələr endirəcək.
"Təyyarənin ağırlığı 20-25 ton, sürəti isə raket rejimində hipersəs həddində olacaq. Təyyarə kosmosa çıxaraq planetin istənilən məkanındakı yerə bir-iki saata çata biləcək", - S.Karakayev söyləyib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












