Rusiyada pilotsuz avtobus yaradıldı - DÜNYADA İLK

Dünyada ilk pilotsuz avtobus Rusiyada istehsal edilib. Avtosfer.az xəbər verir ki, “Volgabus” adlanan avtobus Volqaqrad zavodunda tərtib olunub. Hazırda iki belə pilotsuz avtobus mövcuddur. Onlardan biri “Skolkovo”da test sınaqlarını keçməkdədir. Özü idarəolunan avtobusun tərtibatçıları bildirib ki, yaxın bir neçə həftə ərzində daha üç belə növ “Volgabus” istehsal ediləcək. Avtomobil istehsalı müəssisəsinin mühəndis və proqramçıları layihə üzərində iki il müddətində işləyiblər. Maşının bütün komplekt və avadanlıqları tam olaraq yerli istehsaldan ibarət olacaq. Məlum olub ki, pilotsuz avtobuslar 2018-ci ildən başlayaraq Moskvada fəaliyyətə başlayacaq. Bu barədə Moskvada keçirilən Urbanistik Forumda çıxışı zamanı baş nazirin müavini Arkadi Dvorkoviç bildirib. Onun sözlərinə görə, bu avtobuslar 2018-ci ildə Moskvada keçiriləcək futbol üzrə dünya çempionatı çərçivəsində sərnişinləri daşıyacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












