Rusiyadan gələn yük maşınları pul ödəyəcək - VİDEO

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Rusiyadan ölkəmizə daxil olan maksimum kütləsi 12 tondan artıq olan avtonəqliyyat vasitələri üçün yollara vurduğu ziyana görə ödəniş sistemini təklif edir. Oxu.az-a DANX-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı bildirib ki, məlum olduğu kimi, Rusiya tərəfi 2015-ci ilin noyabr ayından etibarən həm RF, həm də xarici ölkələrdə qeydiyyatda olan maksimum kütləsi 12 tondan yuxarı olan nəqliyyat vasitələrinə federal yollardan istifadə zamanı yollara dəyən ziyanı görə, hər kilometr üçün 3 rubl ödəniş tətbiq edib. Onun sözlərinə görə, Azərbaycan və Rusiya imzalanmış sazişə əsasən, iki ölkənin nəqliyyat vasitələri yollardan istifadə zamanı ödənişlərdən azad edilib, lakin “Sazişin 13-cü maddəsinə əsasən, bu saziş çərçivəsində avtonəqliyyat vasitələri sərnişin və yük daşımaları həyata keçirərkən yalnız pullu avtomobil yollarından, avtomagistrallardan, körpülərdən və tunellərdən istifadəyə görə yığım və ödənişlər istisna olunur. Şəfa Mehmanqızı bildirib ki, DANX buna uyğun olaraq təkliflər hazırlayıb. Belə ki, sözügedən sazişin 13-cü maddəsinə əsasən, DANX Azərbaycan Respublikasının ərazisindən keçən “Şimal-Cənub” və “Qərb-Şərq” beynəlxalq nəqliyyat dəhlizdən istifadə edən maksimal kütləsi 12 tondan yuxarı olan RF qeydiyyatdan olan nəqliyyat vasitələrinə yollara dyən ziyana görə ödənişlərin tətbiq edilməsini məqsədəuyğun hesab edir. Və aidiyyəti qurumlar tərəfindən müvafiq qanun layihəsinin hazırlanması və təsdiq olunması üçün bu məsələ ilə bağlı təkliflər hazırlanaraq Nazirlər Kabinetinə göndərilib.
Mütəxəssislər Rusiyadan gələn yük maşınları üçün tətbiqi nəzərdə tutulan ödənişin son dərəcə şəffaf bir sistemlə icrasını vacib hesab edirlər. Hazırda Azərbaycandan Rusiyaya daxil olan yük maşınları ümumi yollarda hansısa ödəniş etməsələr də, pullu avtomobil yolları, eləcə də körpü və tunellərdən istifadəyə görə hər kilometr üçün 3 rubl ödəniş edilir.
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










