Rusiyanın 4 aviaşirkətinə Azərbaycana uçuşlar təşkil etmək icazəsi verilib

Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi (“Rosaviatsiya”) “Nordavia” aviaşirkətinə bir sıra beynəlxalq istiqamətlər üzrə uçuşlar təşkil etmək icazəsi verib. “Report” “Rosaviatsiya”ya istinadən xəbər verir ki, “Nordavia” Kipr, Slovakiya, Xorvatiya, Monteneqro və Belarusla yanaşı Azərbaycana (Lənkəran) da uçuşlar təşkil edəcək. Sank-Peterburq-Lənkəran aviareysi həftədə üç dəfə həyata keçiriləcək. Rusiya regionlarından Azərbaycana, həmçinin “Nordwind” (Mineralnıe Vodı - Bakı, həftədə 4 dəfə), “Nordstar” (Novosibirsk - Bakı, həftədə 1 dəfə), "Uralskie avialinii" şirkətlərinə də (İrkutsk - Bakı, həftədə 5 dəfə) uçuşlar təşkil etmək icazəsi verilib. Bundan əlavə, “Yuteyr” aviaşirkəti Samaradan Bakıya və Sankt-Peterburqdan Lənkərana olan uçuş icazəsindən imtina edib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












