Rusiyaya aparan yol yenilənir – FOTO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 133-192-ci kilometrlik hissəsinin (Qəndob-Rusiya sərhədi) yenidən qurulması işlərinə star verilib. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a bildiriblər ki, I texniki dərəcəli avtomobil yolunun ümumi uzunluğu 59,5 km, hər istiqamət üzrə 2 olmaqla hərəkət zolaqlarının sayı 4 (2 x 2), ayrıcı zolağının eni 5 m, örtüyün tipi asfalt-betondur. Yol yatağının eni 28 m, hərəkət zolaqlarının eni 3,75 m olmaqla hərəkət hissəsinin eni isə bir istiqamət üzrə 7,5 m (2 x 7,5 m), çiyinlərin eni 3,75 (2x 3,75 m) olacaq. Yolda hesabi sürət 120 km/saat nəzərdə tutulub. Layihədə 23 ədəd olmaqla 4 ədəd müxtəlif səviyyəli böyük yol ötürücüləri, 4 ədəd müxtəlif səviyyəli kiçik yol ötürücüləri, 15 ədəd körpülərin, beynəlxalq qaz və neft boruları üzərində yük ötürücü 7 ədəd qurğunun, kəndlərarası düzbucaqlı qurğu ilə 27 ədəd yol keçidinin, 313 yerdə müxtəlif diametrlərdə suötürücü borular və digər dəmir-beton qurğuların tikintisi, elektrik, rabitə, su və qaz xətlərinin köçürülməsi planlaşdırılır. Hazırda sözügedən avtomobil yolunda torpaq işləri görülür, yol yatağı və yol əsası tikilir, bundan başqa su və yeraltı keçidlərin, körpülərin inşaası aparılır. İşlərin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Emin




Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












