Rüstəm Rüstəmov küçəsinin bir hissəsi təmir edildi – VİDEO

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək məqsədi ilə uzun müddətdir ki, təmir olunmayan Nizami rayonu Rüstəm Rüstəmov küçəsinin bir hissəsi yeni görkəmdə sürücülərin vətəndaşların istifadəsinə verilib. «Azəravtoyol» ASC-dən Avtosfer.az-a verilən məlumata görə, küçənin təmir-tikinti işlərinin aparıldığı hissəsi Mikayıl Əliyev küçəsi və Qara Qarayev prospektləri arasında yerləşir. Uzunluğu bir istiqamət üzrə 1250 metr ( ümumi 2500 m. ) hərəkət hissəsinin eni 12,5 metr ( ümumi 25 m. ), yol ayrıcının eni isə 4-5 metrdir. Küçə hər bir istiqamətə 3 olmaqla, 6 hərəkət zolağından ibarətdir. Təmir-tikinti işləri çərçivəsində küçə boyu 5 min paqon-metr köhnə səki daşı yeniləri ilə əvəzlənib. Bundan başqa köhnə asfalt-beton örtüyünün üst qatının qaşınaraq yenisi ilə əvəzlənməsi işləri də həyata keçirilib. Ümumilikdə küçənin 62 500 m2 ərazisinin asfaltlanması işləri aparılıb.
Bundan başqa yoldan səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi tam işlək vəziyyətə salınıb, yağış barmaqlıqları yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni baxış qapaqları qoyulub. Hazırda anoloji işlər küçənin digər hissəsində, daha dəqiqi Qara Qarayev prospekti ilə kəsişmədən Sabunçu rayonu Ramiz Qənbərov küçəsinədək ( Bakıxanov qəsəbəsinə düşən yol ) olan hissəsində və köməkçi yollarında da aparılır. Sözügedən hissənin və köməkçi yolların uzunluğu bir istiqamət üzrə 700 metrdir ( 2 istiqamət üzrə əsas yol-1400 m., köməkçi yol-1400 m. )
Təmir-tikinti işləri çərçivəsində burda zəruri olan yerlərdə istinad divarları, 1,5 metr enində piyada səkiləri və 1 metr enində ayrıcı zolaq inşa olunur. Sıxlığı aradan qaldırmaq üçün bəzi ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi işləri də aparılır.
Ümumilikdə əsas yol və köməkçi yollar da daxil olmaqla 35 min m2 əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, yolun hərəkət hissəsinin kənarlarına 5600 paqon-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub.
Qeyd edək ki, Rüstəm Rüstəmov küçəsi Nizami rayonu Mikayıl Əliyev küçəsi ilə kəsişmədən başlayaraq, Bəkir Çobanzadə küçəsi və Qara Qarayev prospektlərindən keçərək Sabunçu rayonu Ramiz Qəmbərov küçəsinədək (Bakıxanov qəsəbəsinə düşən yol) uzanır. Bir sözlə Rüstəm Rüstəmov küçəsi avtonəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi ərazidə yerləşməklə mühüm əhəmiyyətə malik küçələrdən biridir.
Emin
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI
















