Sabiq nazir direktor təyin olundu - FOTO - YENİLƏNİB

Yeniliklər 10 Aprel 2026 13:44
Sabiq nazir direktor təyin olundu - FOTO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Naxçıvanda "Sertifikatlaşdırma və Metrologiya Mərkəzi" publik hüquqi şəxs ləğv edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 6 mart 2026-cı il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində "Sertifikatlaşdırma və Metrologiya Mərkəzi" publik hüquqi şəxs ləğv edilib.

Fərmana uyğun olaraq, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində mərkəzin ləğv prosesinin həyata keçirilməsi məqsədilə ləğvetmə komissiyası yaradılıb. İqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev ləğvetmə komissiyasının sədri təyin olunub.

***12:18

Naxçıvan Muxtar Respublikasının sabiq iqtisadiyyat naziri Tapdıq Əliyevə yeni vəzifə verilib.

Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə Tapdıq Vaqif oğlu Əliyev Naxçıvan Sertifikatlaşdırma Və Metrologiya Mərkəzi Publik Hüquqi Şəxsin direktoru təyin edilib.  Bundan əvvəl sözügedən qurumun direktoru Seyidov Səbuhi Ələkbər oğlu olub.

Qeyd edək ki, Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qərarı ilə iqtisadiyyat naziri təyin olunub və 2023-cü ilin dekabrın 8-də Ali Məclisin qərarı ilə işdən azad edilib. Elə həmin ay Tapdıq Əliyev iqtisadiyyat nazirinin müavini təyin edilmişdi.

Oxunub : 144
ŞƏRH YAZ
Ad

E-mail

Şərh