Sabirabad rayonunda körpü təmir edildi - FOTO

Sabirabad-Surra-Padar avtomobil yolunun 1-ci kilometrliyində yerləşən avtomobil körpüsü “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmir edilib. ACC-dən Avtosfer.az-a verilən məlumata görə, ötən əsrin 80-ci illərində inşa edilmiş avtomobil körpüsünün uzunluğu 267 metr, hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri də daxil olmaqla ümumi eni isə 8 metrdir. Avtonəqliyyat vasitələrinin, həmçinin piyadaların daha rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə aparılan təmir işləri zamanı yolun hərəkət hissəsinin və piyada səkilərinin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib. Ümumilikdə ərazinin təqribən 2700 kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Bundan başqa, körpünün dəmir mühəccərləri də zəruri olan yerlərdə bərkidilib və rənglənib.
Fidan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














