Sabirabadda 43 km-lik yol tikilir – FOTO+VİDEO

Sabirabad rayonunun Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi davam etdirilir. "Azəravtoyol” ASC-dən Avtosfer.az-a daxil olan məlumata görə, 43 km uzunluğunda və əvvəllər torpaq-çınqıl örtüklü olan yola hazırda ikiqat olmaqla asfalt-beton örtük döşənir. Layihə çərçivəsində avtomobil yolu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. İki hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr təşkil edir. Yolun ümumi eni (yol yatağı) 10 metrdir.
Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun 19 km-lik hissəsində artıq tikinti işləri tam olaraq yekunlaşdırılıb. Hazırda yolun 10 km-lik hissəsində yenidənqurma işləri aparılır.
Layihəyə uyğun olaraq yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, yerinə karbonat materialı tökülərək kipləşdirilir. Daha sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılır. Hazır olan hissələrə isə yeni asfalt-beton örtük döşənir. Ümumilikdə, 43 km-lik yolun 258 min kv.m sahəsinin asfaltla örtülməsi nəzərdə tutulub.
Tikinti işləri çərçivəsində yol boyu 5 ədəd avtomobil körpüsü təmir edilir, 35 ədəd su keçidi və su borusunun tikintisi aparılır. İşlər bitdikdən sonra yol boyu zəruri olan yerlərdə avtobus dayanacaqlarının qoyulması və yol nişanlarının quraşdırılması, həmçinin yolun xətlənməsi işləri aparılacaq.
Qeyd edək ki, avtomobil yolu 20 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirməklə kənd təsərrüfatının inişafına, yük və sərnişin daşımasının asanlaşmasına gətirib çıxaracaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq




















