Sabunçu-Ramana avtomobil yolunun tikintisinə başlanılıb – FOTO+VİDEO

“Azəravtoyol” ASC Bakı şəhərinin Sabunçu rayonunda Sabunçu-Ramana avtomobil yolunun tikintisi işlərinə başlayıb. “Azəravtoyol”un Mətbuat Katibliyindən Avtosfer.az-a verilən xəbərə görə, sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğrayıb və dağılmış hissələr yaranıb, bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı: "Eyni zamanda, bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə törədirdi. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılır".
Sabunçu-Ramana avtomobil yolunun uzunluğu 5,7 km, mövcud eni isə 7-8 metr arası dəyişir. Layihəyə uyğun olaraq yol 10 metrə qədər genişləndirilərək 2 hərəkət zolağından ibarət olacaq.
Hazırda vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 1,5 metr enində piyada səkilərinin tikintisi və yol boyu yeni səki daşlarının düzülməsi işləri aparılır. Buna paralel olaraq tikinti layihəsi çərçivəsində hazırda yol boyu zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilir.
Bundan başqa, optimal qırmadaş qarışığından ibarət əsasın inşası aparılaraq yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Hazır hissələrə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə yolun 60 min kv.metr ərazisinin asfaltlanması nəzərdə tutulub.
Layihə üzrə avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Qeyd edək ki, Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişi asanlaşacaq, yük və sərnişin daşıması yaxşılaşacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq























