Sabunçu rayonunun sakinlərinə ŞAD XƏBƏR: Dörd qəsəbəyə METRO ÇƏKİLƏCƏK

Paytaxtın mərkəzindən nisbətən uzaqda yerləşən Yeni Günəşli, Zabrat, Masazır, Saray və digər yaşayış massivlərinə metro xətlərinin çəkilməsi növbəti mərhələlərdə nəzərdən keçiriləcək.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, hazırkı mərhələdə əsas prioritet şəhər mərkəzindəki metro stansiyalarının yükünün azaldılmasıdır: "Hazırda mərkəzi stansiyalar rolunu əsasən "28 May" və "Sahil" metro stansiyaları daşıyır. Digər istiqamətlərdən gələn sərnişin axınının böyük hissəsi bu stansiyalarda cəmləşir. Buna görə ilkin mərhələdə keçid stansiyalarının inşası nəzərdə tutulub".
Nazir müavini qeyd edib ki, məqsəd şəbəkəni şaxələndirmək və sərnişinlərə mərkəzə alternativ marşrutlar təqdim etməkdir.
Bildirib ki, 2030-cu ilədək Nizami, Sahil və Xətai stansiyaları üçün də keçid stansiyaları inşa olunacaq: "Bununla mərkəzi stansiyalardakı sıxlıq azalacaq. Növbəti mərhələlərdə isə metro xətlərinin şəhər ətrafı ərazilərə uzadılması məsələsi gündəmə gətiriləcək".
Xətai rayonunda piyadaların təhlükəsizliyi üçün yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni şura yaradıldı - FƏRMAN
Bakıdakı bu zolaq maraqla qarşılandı - FOTO
Bu yolda avtobus zolağı ləğv edildi - VİDEO
Uçan taksilər FƏALİYYƏTƏ BAŞLADI - FOTO
Ödənişli yollarla bağlı yenilik: 130 ilə sürmək olar
Bakıda bu svetoforlar süni intellektlə işləyir - NİİM-dən AÇIQLAMA
Artıq gediş kartlarına bu saytdan pul yükləmək olacaq - FOTO
Ödənişli yollarda sürət həddi ilə bağlı qanun qəbul edildi - RƏQƏMLƏR
Bakıda tramvay keçəcək ərazilərlə bağlı RƏSMİ AÇIQLAMA
Bakıda tramvayların fəaliyyəti tıxac problemini həll edə bilər? - ARAŞDIRMA








