Sadıqcan küçəsi təmir olunur - FOTO

Xətai rayonu Sadıqcan küçəsində təmir-tikinti işlərinə başlanılıb. Küçənin uzunluğu 1 kilometr, ortalama eni isə 15 metrdir. “Azəravtoyol” ASC tərəfindən aparılan təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınıb, ərazidən daşınır, köhnə səki daşları sökülərək yenisi ilə əvəzlənir. Ümumilikdə küçənin 15 min m2 sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq və küçə boyu 2 min p/m yeni səki daşı düzüləcək. Piyadaların rahat və təhlükəsiz şəkildə gediş-gəlişini təmin etmək məqsədi ilə piyada səkiləri bərpa olunaraq asfaltlanacaq. Bundan başqa zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sitemi yaradılacaq, kommunikasiya xətlərinin baxış qapaqları yenilənəcək. Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq və yolun hərəkət hissəsinin xətlənməsi işləri də aparılacaq. Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

















