Şagirdin hazırladığı bu BTR-lər düşmənə öldürücü zərbə vuracaq - VİDEO

10-cu sinif şagirdi Çingiz Qədirli şəxsi heyət, moto-atıcı desant qüvvələrinin daşınması üçün nəzərdə tutulan yeni tipli BTR hərbi maşını hazırlayıb. Avtosfer.az atv.az-a istinadən bildirir ki, hələ ki, kağız üzərində olan bu texnika adi BTR-lərdən fərqli olaraq bir çox üstünlüklərə malikdir. Bütün bu yeniliklər məktəblinin öz təfəkkürü nəticəsində meydana gəlib. 9-cu sinifdən hərbi dərslərlə yaxından maraqlanan Çingiz bu vaxt ərzində bir neçə versiyada BTR tipli hərbi maşın layihəsi hazırlayıb. Bunlardan ən mükəmməli və sonuncu versiyasını məktəbli "Atv Səhər" tamaşaçılarına təqdim edir. Belə ki, adi BTR-lərdən fərqli olaraq bu texnika bərpa olunan zirehlə təchiz olunub. İki hissədən ibarət zirehin üst bölməsi 9, iç bölməsi isə 21 santimetr qalınlığındadır. Üstəlik bu texnika 100 mm-lik top silahı ilə təchiz olunub və tanklara qarşı döyüşmək qabiliyyətindədir. 16 yaşlı yeniyetmə hazırladığı layihədə hərbi texnikanın şəxsi heyətinin yerləşəcəyi mühiti də dəqiqliklə hesablayıb. Belə ki, 8 desant daşıya biləcək texnika 3 heyət üzvü tərəfindən idarə olunur: Sürücü, atıcı və doldurucu. Bundan əlavə, texnikanın yuxarı hissəsində döyüş zamanı desantın BTR-ə atəş dəstəyi verməsi üçün xüsusi qapaqlar nəzərdə tutulub. Lakin yeni tipli BTR texnikasının özəllikləri bununla bitmir.
Orta məktəb şagirdi Çingiz Qədirli sözügedən layihənin təhsil aldığı məktəbdə bir neçə dəfə təqdimatını edib. Sinif yoldaşları və məktəbin müəllim heyəti onun bu bacarığını layiqincə qiymətləndirib. Lakin əsas məsələ bu layinənin ölkəmizin Müdafiə Sənayesi Nazirliyi tərəfindən qiymətləndirilməsidir. Çingiz deyir ki, əgər onun işini bəyənsələr, gələcəkdə hərbi strukturlarla bu sahədə əməkdaşlıq etməyə hazırdır.
Bu hələ ki, işin başlanğıcıdır, ümid edirik ki, məktəblinin səsinə səs verənlər tapılacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












