"Şahdağ" gəmisi yola düşüb: Qazaxıstanın yeni açılan limanından - FOTO

Qazaxıstan Xəzər dənizi sahilində Kurık bərə kompleksini istismara verib. Kurık limanında istismara verilən yeni bərə kompleksindən yüklərin vaqonlardan boşaldılmadan birbaşa bərələrə yüklənib Xəzəryanı ölkələrə, oradan isə Avropaya daşınması mümkün olacaq. Bu, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən Avtosfer.az-a verilən məlumata görə, ümumi sahəsi 40 hektar olan bərə kompleksi ildə 4 mln. ton yükün aşırılmasına imkan yaradacaq. Kurık limanının əlverişli coğrafi mövqeyi, eyni zamanda limanda suyun dərinliyinin böyük tutumlu gəmilərin yan alması üçün münasib olması gələcəkdə bu limandan ən müxtəlif təyinatlı yüklərin yola salınması və qəbuluna imkan verir. Bu kompleks Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə artan konteyner həcmlərinin qarşılanmasında mühüm rol oynayacaq. Buradan Azərbaycan istiqamətində səfərlər zamanı mövcud və yeni bərələrdən istifadə olunacaq.
Bu günə kimi Qazaxıstan ərazisindən tranzit yükdaşımaları yalnız Aktau limanından həyata keçirilirdi. Aktau limanının yükaşırma imkanlarının məhdud olması və eyni zamanda limanın coğrafi yerləşməsi, onun küləklərin birbaşa təsirinə məruz qalması yükdaşımalara mənfi təsir göstərirdi. Yeni bərə kompleksinin istismara verilməsi isə Xəzər dənizində yükdaşımanın həcminin artmasına səbəb olacaq. Kurık kompleksinin Bakı Limanına daha yaxın məsafədə yerləşməsi yüklərin daha tez zaman kəsiyində ünvana çatmasına imkan yaradacaq.
Kurık limanından ilk yola salınan gəmilərdən biri Gəmiçiliyin “Şahdağ” gəmi-bərəsi olub. Əsaslı təmirdən bu yaxınlarda çıxan “Şahdağ” gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda dəmir yolu vaqonları və sərnişin daşıyacaq.
Xatırladaq ki, Gəmiçilik Xəzərdə yeganə bərə operatoru kimi fəaliyyət göstərir və hazırda 13 gəmi-bərəsi Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalara cəlb olunub. Rəqabətədavamlı xidmət göstərmək üçün istənilən gəmiçilik şirkəti kimi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi də donanmasında gəmi-bərələrinin sayını artırmağa xüsusi önəm verir. Bu məqsədlə Gəmiçilik 2016-cı ilin oktyabr ayında daha 2 unikal "Ro-Pax" tipli gəmi-bərənin tikintisini Bakı Gəmiqayırma Zavoduna sifariş edib. Bununla da, Şərq-Qərb və əks istiqamətdə artması gözlənilən yüklərin daşınması heç bir maneə olmadan həyata keçiriləcək. Bərələrin sayının artırılması həm də Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsi, ölkənin tranzit potensialının gücləndirilməsi üçün də çox böyük əhəmiyyətə malikdir.
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR











