Sahibkarlığın İnkişafı Fondu azad edilən ərazilərdə maliyyələşdirməni həyata keçirəcək

Sahibkarlığın İnkişafı Fondu Azərbaycanın işğaldan azad edilən ərazilərində maliyyələşdirməni dəstəkləmək niyyətindədir.
Bu sözləri Avtosfer.az-a Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov deyib.
O vurğulayıb ki, hazırda bu proseslə bağlı detallı bir proqram olmasa da, gələcək üçün ərazilərimiz tam işğaldan azad olunduqdan və bu ərazilər həyata qayıtdıqdan sonra Fond həmin ərazilərdə də öz töhfəsini verəcək:
“Təbii ki, işğaldan azad olunan ərazilərdə ilk növbədə müvafiq tədbirlər həyata keçirilməlidir. Bununla əlaqədar dövlət tərəfindən tənzimlənəcək bir sıra məsələlər mövcuddur. Həmin ərazilərin minalardan təmizləməsi, müvafiq infrastrukturun qurulması və digər bu kimi məsələlər tənzimlənməlidir. Gələcəkdə bu ərazilər iqtisadiyyata hazır olduğu zaman, eləcə də, insanlarımız artıq həmin ərazilərdə məskunlaşdıqdan sonra tərəfimizdən müvafiq işlərin icrası həyata keçiriləcək”.
Kənan Nəcəfov bildirib ki, hazırda Azərbaycanın digər bölgələrində güzəştli kreditlər və subsidiyaların verilməsini həyata keçirdiyimiz kimi eləcə də bu mexanizmləri və digər mexanizmləri Qarabağda da həyata keçirəcəyik.
O qeyd edib ki, Fondun işi sahibkarlara kredit verməkdir və gələcək üçün bu proses işğaldan azad edilmiş ərazilərdə də həyata keçiriləcək.
İlham Əliyev iki mühüm qanuna dəyişiklik etdi
Kəmaləddin Heydərov generalın qardaşını işdən çıxardı
Naxçıvana gedənlərin NƏZƏRİNƏ: Yeni nəqliyyat marşrutu açılır
Prorektorun qətlinə görə həbs edilən Müşfiq Atakişiyevin yerinə yeni təyinat - FOTO
Bu küçələrin kəsişməsi işıqforla nizamlanacaq - VİDEO
"Bakı Metropoliteni”nin departament rəhbəri işdən çıxarıldı - Yeni təyinat
Təqaüdə göndərilən generalın yerinə mayor təyin edildi - FOTO
Cərimə meydançasına aparılan avtomobillərlə bağlı MÜHÜM YENİLİK
Ödənişli yolda sürət həddi - Bu qədər olacaq
Azərbaycanda "avtomagistral" anlayışı yenilənir
Bakıda yeni yollar inşa ediləcək: Artıq işlərə başlanıldı - VİDEO











