“Şair Vaqif” gəmisi təmirdən sonra yenidən yükdaşımalara cəlb olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Şair Vaqif” universal quru yük gəmisinin tərsanə təmiri başa çatıb.
Avtosfer.az ASCO-ya istinadla xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda həyata keçirilən təmir zamanı gəmidə gövdə qaynaq, boruquraşdırma, elektrik, ağac emalı işləri yerinə yetirilib. Gəmi üzrə mexanizmlərin, nasosların, braşpillərin və şpillərin təmiri aparılıb.
Bundan başqa, gəminin sualtı və suüstü hissəsi, göyərtələri, yük anbarlarının qapaqları təmizlənib və rənglənib.
Gəminin rabitə və elektronaviqasiya sistemində də əsaslı işlər görülüb. Belə ki, mövcud radionaviqasiya avadanlıqlarının illik yoxlanışı, təmiri, tənzimlənməsi və sertifikatlaşdırılması ilə bərabər bir neçə yeni avadanlıqlar da quraşdırılıb.
Gəmi təmir başa çatdıqdan sonra müvafiq yoxlanışdan uğurla keçib və dənizçilərin ixtiyarına verilib.
Təmirdən sonra “Şair Vaqif” gəmisinin ilk səfəri Ələtdən Aktau limanına olub.
Qeyd edək ki, uzunluğu 108,33 metr, eni 16,74 metr olan gəmi 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.
Xidməti maşından şəxsi maraqlar üçün istifadə QADAĞAN OLUNUR
Paytaxtda Heydər Əliyev parkının yaxınlığında yeni svetoforlar quraşdırılıb - VİDEO
“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu - YENİLƏNİB
AYNA-dan sürücülərə yenilik: Parklanma daha rahat olacaq
Daha bir yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO












