Şamaxı Astrofizika Rəsədxanasında astroturizm təşkil olunacaq

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında astroturizmin təşkili ilə əlaqədar mütəmadi görüşlərin, əmək kollektivlərinin peşə bayramlarının, Yeni il və Novruz gecələrinin, dini mərasimlərin, yubileylərin və digər qeyri-elmi yığıncaqların keçirilməsi nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, bu barədə AMEA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, astroturizmə açıq kosmos gecələri, maraqlı elmi-populyar mühazirələr, elmi-populyar filmlər, astronomiya muzeyinə baxış və teleskoplarda kosmik obyektlərin müşahidələri daxildir.
Turistləri qəbul etmək üçün təzə tikilmiş rahat kotteclər, qonaq evləri və müasir tipli geniş yeməkxana var.
Qeyd edək ki, astroturizmdən əldə olunan gəlirlər respublikada astronomiyanın inkişafı üçün nəzərdə tutulan Tusi Fondunun yaradılmasına yönələcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












