Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO

Bakının Yasamal rayonu, Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsində ilk dəfə svetoforlar istifadəyə verilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qeyd olunub ki, "Şamaxinka" adlanan yol sahəsi artıq svetoforla tənzimlənir. Hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən ərazidə ümumilikdə 13 svetofor dirəyi üzərində nəqliyyat və piyada bölmələri quraşdırılaraq yol hərəkəti iştirakçılarının istifadəsinə verilib.
İstifadəyə verilən yeni nəqliyyat və piyada svetoforları Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyini tənzimləyir.
Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında həyata keçirilib.

Nazir beş nəfərə yüksək vəzifə verdi - FOTO
"Şamaxinka"da qaydalar belə dəyişir - Sürücülərin nəzərinə! - VİDEO
Kəmaləddin Heydərova iki müavin təyin edildi - Onlar kimdir?
Azərbaycanın bütün bölgələrində dayanacaqlar yenilənir - Milyonlarla manat xərclənəcək
Yollarda həyat xilas edən yeni sistem: Zərbəni udur, qəza zamanı ölümdən qoruyur - VİDEO
Şəhid oğluna yüksək vəzifə VERİLDİ - FOTO
Əməkdar memardan Bakıda salınacaq tramvay xətləri ilə AÇIQLAMA
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni stansiyalar...
General yüksək vəzifəyə təyin edildi
Generallar indi polkovnik rütbəsində işləyəcəklər - FOTO
Sabahdan bu avtobuslar yenilənir - Gedişhaqqı 50 qəpik











