Şəhid adı daşıyan küçələr asfaltlanıb - FOTO

Cəlilabad rayonunun Göytəpə şəhərində şəhid adı daşıyan küçələr asfaltlanıb. Avtosfer.az-ın məlumatına görə, şəhər ərazisində əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və yollarda infrastrukturun yenilənməsi istiqamətində asfaltlanma işləri aparılır. Belə ki, Göytəpə şəhər ərazisində şəhid Rövşən İsmayılov küçəsində 430 metr, İnqilab Niftullayev küçəsində 310 metr, Yusif Məmmədəliyev küçəsində 240 metr, şəhid Akif Xanışov küçəsində 315 metr və Vasif Hüseynov adına 2 saylı tam orta məktəbin həyətində asfaltlanma işləri yekunlaşıb. Həmçinin Savalan küçəsində 110 metr və N.Nərimanov küçəsi ilə Savalan küçəsini birləşdirən döngədə 94 metr asfalt örtüyünün çəkilməsi üçün işlər yekunlaşıb, yaxın günlərdə asfaltlanma işləri tamamlanacaq.
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir















