Şəkidə yeni avtomobil yolu tikilir – FOTO+VİDEO

Şəki rayonunun Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlı “Azəravtoyol” ASC tərəfindən işlər davam etdirilir. Sözügedən avtomobil yolunun uzunluğu 17,2 km-dir. ASC-dən Avtosfer.az-a verilən məlumata görə, yol torpaq və çınqıl örtüklü olduğu üçün xüsusən payız-qış mövsümündə vətəndaşların gediş-gəlişində problemlər yaşanıb. Hazırda bu problemin aradan qaldırılması istiqamətində texnoloji ardıcıllığa riayət olunmaqla işlər aparılır. Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 11,1 km-i 3-cü, 2,1 km-i 4-cü və 4 km-i isə 5-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun III texniki dərəcəyə aid olan 11,1 km-nin gediş-gəliş hissəsi 7 m, çiyinlər bərkidici zolaq da daxil olmaqla hər bir istiqamət üzrə 2,5 m, IV dərəcəli 2,1 km-nin gediş-gəliş hissəsinin eni 6 m , çiyinləri 2 m, V dərəcəyə aid 4 km-nin gediş-gəliş hissəsinin eni 4,5 m, çiyinləri isə 1,75 m təşkil edir. Müvafiq olaraq yol yatağının eni 12, 10 və 8 metrdir.
Artıq yolun 10,5 km hissəsinə asfalt-beton örtük döşənib, su ötürücü dəmir-beton və metal borular quraşdırılıb və 140 paqon-metr uzunluğunda beton su arxı salınıb. Hazırda yolun 6,7 km hissəsində tikinti işləri davam etdirilir.
Yol boyu 4 yerdə diametri 1 və 1,25 m olan 12 metrlik dəmir-beton borulardan istifadə edilərək quraşdırılıb. Ümumi uzunluğu 96 metr, diametri isə 0,50 metr olan metal borular isə yolda əsasən kommunikasiya xətlərini keçirmək və kiçik su axarlarını buraxmaq üçün qoyulub. Onların ümumi uzunluğu 384 m-dir.
Layihə çərçivəsində yolun 11,1 km-də hər aşırımın uzunluğu 48 m olan 3 aşırımlı körpü inşa edilib. Körpünün uzunluğu 169 m, eni 4,5 m, gediş-gəliş hissəsinin eni 3,5 m-dir. Körpünün kənar və orta dayaqları asfalt-betonla bərkidilib, aşırımlar isə metal konstruksiyadan ibarətdir.
Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun 14,5 km hissəsində 3 ədəd düzbucaqlı dəmir-beton suötürücüsünün inşa edilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi 18 mindən çox əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə rayon mərkəzlərinə daşınmasına imkan yaranacaq.
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR















