Səkkiz yaşayış məntəqəsini birləşdirən avtomobil yolu tikilir –VİDEO

Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisinə başlanılıb. Uzunluğu 29 km, eni isə 5-6 metr olan yol 1950-1960-cı illərdə salınıb. İstismar müddəti bitmiş yol torpaq və qara örtüklüdür. Bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən Avtosfer.az-a daxil olan məlumatda bildirilib. Layihə çərçivəsində yol yatağının eni 10 metrə qədər genişləndirilir. İki hərəkət zolaqlı olmaqla, yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr olacaq.
Hazırda yol boyu torpaq işləri həyata keçirilir. Yol yatağının yararsız qruntu ərazilərdən asılı olaraq 0,5-1,5 metr dərinlikdə qazılaraq çıxarılır, əvəzinə yeni yol yatağının və yol əsasının tikintisi aparılır.
Torpaq işləri bitdikdən sonra yolun yüksək keyfiyyətli asfalt-beton örtüklə asfaltlanması işlərinə başlanılacaq. İki qat olmaqla yolun 170 min kv. metr sahəsinin asfaltlanması nəzərdə tutulub.
Bundan başqa, layihə çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 110 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi və mövcud 3 körpünün təmir-bərpası işləri də həyata keçiriləcək.
Qeyd edək ki, Ağsu rayonunun 8 yaşayış məntəqəsini birləşdirən Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi həmin ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq, həmçinin 8 minlik əhali rayon mərkəzinə və Bakı-Şamaxı-Yevlax avtomobil yoluna çıxış əldə edəcək.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq


















