Sel suları nəticəsində sıradan çıxmış yol bərpa olunub - FOTO

İki gün bundan öncə Şəki rayonunda sel sularının təsirindən yuyularaq sıradan çıxan yol bərpa olunub. Söhbət Cunut kəndinin yolundan gedir. Dağlara yağan aramsız leysan yağışları nəticəsində Biləcik çayına gələn güclü sel səbəbi ilə sözügedən kəndə gediş-gəliş çətinləşmişdi. Dərhal əraziyə “Azəravtoyol” ASC-nin ağır texnikası və canlı qüvvəsi cəlb olunmuşdu. Qısa müddət ərzində sel suları nəticəsində yuyularaq sıradan çıxmış yolda avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Qeyd edək ki, son aylar ərzində intensiv yağıntılar və sel suları nəticəsində Daşkəsən, Gədəbəy, Qazax, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, Yardımlı, Lerik, Şəki və digər rayonlarda avtomobil yollarına ziyan dəymiş, Bakı - Şamaxı - Yevlax avtomobil yolunun Qobustan, Şamaxı rayonları ərazisindən keçən hissəsində, Ağsu dolaylarında, Muğanlı - İsmayıllı, Lənkəran - Lerik, Masallı – Yardımlı, Basqal-Sulut və digər avtomobil yollarında torpaq sürüşmələri daha da aktivləşdiyindən avtonəqliyyat vasitələrinin hərəkətində qısa müddətli problemlər yaranmışdı. “Azəravtoyol” ASC tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən ərazilərdə hərəkətin fasiləsizliyi təmin olunub.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















