Səngəçal-Umbakı yolunda 2 körpü bərpa edildi – FOTO

Avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi istiqamətində atılan addımlar çərçivəsində Qaradağ rayonu Səngəçal-Umbakı avtomobil yolunun 13-cü və 24-cü kilometrliklərində yerləşən iki avtomobil körpüsü “Azəravtoyol” ASC tərəfindən bərpa edilib. ASC-dən Avtosfer.az-a verilən məlumata görə, körpülər istismar müddətlərini başa vurduğundan, həmçinin ağır tonnajlı maşınların intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətdə idilər. Bərpa işləri zamanı sözügedən avtomobil yolunun 13-cü km-də yerləşən 4 aşırımlı körpünün uzunluğu 37.5 metrdən 47 metrə, eni isə 7.5 metrdən 8.5 metrə qədər genişləndirilib. Digər 3 aşırımlı körpünün isə bərpadan öncəki uzunluğu 23.5 metr, eni 7.5 metr olub. Bərpadan sonra körpünun uzunluğu 39 metr, eni isə 8.5 metrə qədər genişləndirlib.
Təmir işləri zamanı körpülər demək olar ki, sökülərək yenidən bərpa olunub. Dayaqlar və hərəkət hissəsi dəmir-beton, aşırım hissəsi isə metal konstruksiyalardan yenidən inşa edilib, körpülərin hərəkət hissəsinə asfalt-beton örtük döşənib. Hər iki körpünün kənarlarına yeni dəmir məhəccərlər quraşdırılıb.
Qeyd edək ki, Səngəçal-Umbakı avtomobil yolunun üzərində yerləşən hər iki körpü 1960-cı ildə inşa edilib.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














