Sentyabrın 15-də Bakıda "yaşıl dalğa" olacaq

2016-2017-ci tədris ilinin başlanması ilə əlaqədar paytaxt yollarında nəqliyyat vasitələrinin və piyadaların sıxlığının artacağı ehtimalını nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi sentyabrın 15-də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Milli.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, məqsəd ilk dərs günü, xüsusən də səhər saatlarında paytaxt yollarında yarana biləcək avtomobil sıxlığının qarşısını almaq, avtonəqliyyat vasitələrinin təhlükəsiz və intensiv hərəkətini təmin etməkdir:
"Bunun üçün paytaxtın küçə və prospektlərinə, xüsusən də ali və orta təhsil müəsissələrinin yerləşdiyi ərazilərə nəzarət gücləndiriləcək. Bu ərazilərdə avtomobillərin dayanmaması, sıxlığın və tıxacların yaranmaması üçün işıqforlarda "yaşıl dalğa" tətbiq ediləcək".
Bununla yanaşı, səhər saatlarında yarana biləcək sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin təhsil müəsissələrinə, iş yerlərinə vaxtında rahat çatmasını təmin etmək üçün Bakı şəhərində müntəzəm sərnişindaşınma ilə məşğul olan daşıyıcı şirkətlərə xüsusi göstəriş verilib: "Göstərişə əsasən, sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitəsinin sayı artırılmalıdır. Bakı Nəqliyyat Agentliyi həmçinin sürücülərdən xahiş edir ki, təhsil müəsissələrinə yaxın, bitişik ərazilərdə avtomobillərin park edilməsi qaydalarına və sürət həddinə ciddi əməl etsinlər".
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












