Sərhəddə dəmir yolu körpüsünün təməlini qoydular

Azərbaycan-İran sərhədində Azərbaycanın Astara şəhərində Astara çayı üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Avtosfer.az xəbər verir ki, bu barədə trend-in xüsusi müxbiri xəbər verir. Təməlqoyma mərasimində Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri - Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin və İranın Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, eləcə də iki ölkənin dəmir yolu qurumlarının rəhbərləri Cavid Qurbanov və Möhsün Purseyid iştirak ediblər.
Dəmir-beton körpüsünün uzunluğu 82,5 metr, eni 10,6 metr təşkil edəcək, onun 4 dayağı, 3 aşırımı olacaq, aşırımın uzunluğu 27,5 təşkil edəcək. Körpünün tikintisinin ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Astara çayı üzərində dəmir yolu körpüsü Azərbaycan və İran dəmir yollarını birləşdirəcək və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin hissəsi olan Astara (Azərbaycan)-Astara (İran) sahəsinin əsas hissəsi olacaq.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
























