Sərnişin və sürücüləri gözləyən sürprizlər – Bakıda

Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan Bakının Vahid Nəqliyyat Konsepsiyası bu ayının sonuna qədər təqdim edilə bilər. Avtosfer.az xəbər verir ki,Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova trend-ə bildirib ki, Konsepsiya artıq hazırdır: “Konsepsiyanın təsdiqi məsələsi qalıb, o da yəqin ki, yaxın vaxtlarda həllini tapacaq. Sentyabrın sonuna qədər konsepsiyanın ictimaiyyətə və aidiyyəti qurumlara təqdim edilməsi gözlənilir”.
Bundan əvvəl N.Allahyarova Trend-ə bildirmişdi ki, konsepsiyada yol hərəkəti, sərnişindaşıma ilə bağlı qanunvericilikdən irəli gələn bütün məsələlər, eyni zamanda qanunvericilikdə ehtiva edilməyən, ancaq müasir tələblərdən doğan məsələlər öz əksini tapıb. O qeyd edib ki, Konsepsiyada sürücü və sərnişin davranışı, eyni zamanda sürücü-sərnişin münasibətləri ilə bağlı məsələlər öz əksini tapıb.
N.Allahyarovanın sözlərinə görə, eyni zamanda konsepsiyada müəyyən olunub ki, indiyə qədər Bakının nəqliyyatla bağlı ən böyük problemi sərnişin axınının müəyyən olunmamasıdır: “Sərnişin axını çox qeyri-pərakəndədir. Tutaq ki, Bakıətrafı qəsəbələrdən gələn marşrut xətlərinə verilən avtobusların sayı orada olan sərnişin sayı ilə tərs mütənasibdir. Amma şəhər mərkəzində pik saatları çıxmaqla marşrut xətlərində bəzi avtobuslar var ki, onlar boş gedib gəlir. Bakı inzibati ərazisi boyunca həm marşrut xətlərində, həm də taksilərdə sərnişin axını müəyyən edilib və optimal variantlar təklif olunacaq”.
N.Allahyarova həmçinin bildirib ki, Bakıda yollarda sıxlığın qarşısını almaq üçün Bakı Nəqliyyat Agentliyi pik saatlarda vətəndaşların işdən çıxma vaxtlarının bir qədər fərqli edilməsi ilə bağlı müfaviq qurumlara təkliflər göndərib: “İş vaxtları həm saat 08:00-dan 17:00-a qədər, həm də saat 09:00-dan 18:00-a qədər müəyyən edilsin. Bu iki variantın hər ikisinin tətbiq olunması saat 18:00-da hamının eyni vaxtda işdən çıxması probleminin və tixacın qarşısının alınmasına yardımçı olar. Nəqliyyat sistemi ilə bağlı bütün bu və digər məsələlər konsepsiyada öz əksini tapıb”.
Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO
Sıxlığın qarşısını almaq üçün ÜÇ YENİ avtomobil yolu inşa ediləcək: İSTİQAMƏTLƏR - VİDEO
"Şamaxinka"da sürücülər üçün yenilik: Xüsusi zolaq ləğv edildi - VİDEO
Rəşad Həsənov nazir müavini təyin olundu - FOTO
“Bolt”da təhlükəsizlik daha da güclənir - Təcili yardım çağırmaq mümkün olacaq – VİDEO
Azərbaycanda köhnə maşınları utilizasiya edən yeni məntəqə işə başladı - ÜNVAN
Telefon tutacağından istifadə edənlər 1200 manat cərimə ediləcək – YENİ QANUN
Yasamalda yeni quraşdırılan işıqforlar işə salındı
Tbilisi prospekti ilə hərəkət edənlərin NƏZƏRİNƏ! - VİDEO
Nazir oxşarını təltif etdi – FOTO
Sürücülərə şad xəbər - Tbilisi prospektində bu dəyişiklik tıxacı azaldacaq










