“Şeytanın belə ağlına gəlməyən”i Bakıda sahibkar elədi - FOTO - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Yeniliklər 2 İyul 2024 12:10 Oxunub 5034
“Şeytanın belə ağlına gəlməyən”i Bakıda sahibkar elədi - FOTO - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Mətin Hüseynov məsələ ilə bağlı saytımıza rəsmi açıqlamasında bildirib ki, 28 May küçəsində baş vermiş bu hadisə ilə bağlı Baki şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən ağaca baxış keçirilmiş, müdaxilə faktı aşkarlanmışdır. Fakt aktlaşdırılaraq aidiyyatı üzrə hüquq-mühafizə organlarına göndərilmişdir.

***

11:23

Bakıda vaxtaşırı ağacların dibinə sement, müxtəlif kimyəvi maddə tökərək onların qurumasına şərait yaradan şəxləri görmüşük. Bu dəfə isə sahibkarlardan birinin “məftunedici məntiq”li hərkətinin şahidi olduq.

Avtosfer.az xəbər verir ki, bir müddət əvvəl paytaxtın 28 May küçəsində yerləşən ağac budanıb. Sahibkarlardan biri “gələcəyə yönəlmiş plan”larını həyata keçirməyə indidən başlayıb. Buna da budanan ağacın yenicə pöhrələnmiş hissələrini təzədən kəsərək başlayıb. Sahibkarın bu addımı atmaqda məqsədi, sabah əraziyə aiddiyyəti qurumlar yaxınlaşanda budanmanın ağacın xeyrinə olmadığını göstərərək, ondan canını qurtarmaqdır. 

Ərazidə müşahidə kamerları da var. Aidiyyəti qurumlar məsələni araşdırıb hüquqi qiymət verməsə, sahibkarın arzusuna çatmağına, ağacın da ömrünə çox da vaxt qalmayıb.

Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh