“Şeytanın belə ağlına gəlməyən”i Bakıda sahibkar elədi - FOTO - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Mətin Hüseynov məsələ ilə bağlı saytımıza rəsmi açıqlamasında bildirib ki, 28 May küçəsində baş vermiş bu hadisə ilə bağlı Baki şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən ağaca baxış keçirilmiş, müdaxilə faktı aşkarlanmışdır. Fakt aktlaşdırılaraq aidiyyatı üzrə hüquq-mühafizə organlarına göndərilmişdir.
***
11:23
Bakıda vaxtaşırı ağacların dibinə sement, müxtəlif kimyəvi maddə tökərək onların qurumasına şərait yaradan şəxləri görmüşük. Bu dəfə isə sahibkarlardan birinin “məftunedici məntiq”li hərkətinin şahidi olduq.
Avtosfer.az xəbər verir ki, bir müddət əvvəl paytaxtın 28 May küçəsində yerləşən ağac budanıb. Sahibkarlardan biri “gələcəyə yönəlmiş plan”larını həyata keçirməyə indidən başlayıb. Buna da budanan ağacın yenicə pöhrələnmiş hissələrini təzədən kəsərək başlayıb. Sahibkarın bu addımı atmaqda məqsədi, sabah əraziyə aiddiyyəti qurumlar yaxınlaşanda budanmanın ağacın xeyrinə olmadığını göstərərək, ondan canını qurtarmaqdır.
Ərazidə müşahidə kamerları da var. Aidiyyəti qurumlar məsələni araşdırıb hüquqi qiymət verməsə, sahibkarın arzusuna çatmağına, ağacın da ömrünə çox da vaxt qalmayıb.
Səfər Əlizadə
Prorektorun qətlinə görə həbs edilən Müşfiq Atakişiyevin yerinə yeni təyinat - FOTO
Bu küçələrin kəsişməsi işıqforla nizamlanacaq - VİDEO
"Bakı Metropoliteni”nin departament rəhbəri işdən çıxarıldı - Yeni təyinat
Təqaüdə göndərilən generalın yerinə mayor təyin edildi - FOTO
Cərimə meydançasına aparılan avtomobillərlə bağlı MÜHÜM YENİLİK
Ödənişli yolda sürət həddi - Bu qədər olacaq
Azərbaycanda "avtomagistral" anlayışı yenilənir
Bakıda yeni yollar inşa ediləcək: Artıq işlərə başlanıldı - VİDEO
Bu şəxslərə 46 gün məzuniyyət veriləcək - Prezident təsdiqlədi
Polkovnik “Azərbaycan – Ural” təşkilatının yeni rəhbəri seçildi
Bu istiqamətlərdə tıxaca son qoyacaq yolun tikintisi ilə bağlı SON DURUM - VİDEO











