Sığorta şirkətləri qəza ödənişindən yayına bilməyəcəklər - YENİLİK - VİDEO

Sığorta şirkətləri ödənişdən boyun qaçıra bilməyəcəklər. Çünki onlara bu imkanı yaradan səlahiyyət ləğv olunub. Söhbət sığorta şirkətlərinin avtomobil qəzaları ilə bağlı yol polisinin təqdim etdiyi protokoldan şikayət hüququnun ləğv edilməsindən gedir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 128.1 maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə protokoldan şikayət vermə hüququ olan şəxslərin siyahısında sığorta şirkətləri qeyd edilməyib.
Bu barədə Konstitusiya Məhkəməsinin şərhi sığorta şirkətlərini çətin vəziyyətə salıb. Mütəxəsislər deyir ki, bu dəyişiklik sürücülərin işinə yarasa da, sığorta şirkətlərinin işini çətinləşdirəcək. Sürücülərin isə dəyişiklə bağlı öz arqumentləri var.
Sığorta eksperti Daşdəmir Niftəliyevin sözlərinə görə, belə problemlər əsassız və qanunsuz ödənişləri artıracaq. Digər tərəfdən hadisələrin araşdırılmaması, sığorta saxtakarlıqlarının sübut olunmaması bu sahədə dələduzluq hallarının artmasına gətirib çıxara bilər.
Daşdəmir Niftəliyev bildirib ki,vəziyyətin belə davam etməsi nəticədə sığorta şirkətlərinin müflis olmasına və on il əvvəlki səviyyəyə qayıtmasına səbəb ola bilər. Əgər əvvəllər sığorta fırıldağı il ərzində 20-25 faiz təşkil edirdisə, bu vəziyyət onun artmasına səbəb ola bilər.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












