SOCAR rəhbərliyi Şamaxıda körpünün açılışında iştirak edib - FOTO

Şamaxı rayonunun Dəmirçi kəndində, eyni adlı çayın üzərindən tikilmiş körpünün açılış mərasimi keçirilib. "Report" xəbər verir ki, açılışda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və vitse-prezidenti Xalik Məmmədov, "BP-Azerbaijan" şirkətinin prezidenti Qordon Birrell, vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Kənd sakinləri ilə görüşən R.Abdullayev deyib ki, körpünün inşası Prezident İlham Əliyevin göstərişi əsasında həyata keçirilib: "Tezliklə sizin kəndlər də gözəlləşəcək. Hətta, Lahıcı da ötüb keçəcək. Bundan sonra kəndinizə turistlər daha da çox gələcək".
SOCAR prezidenti onu da bildirib ki, dövlət başçısının göstərişi ilə Şamaxı rayonunun kəndlərinin bütün infrastrukturu yenilənəcək: "Bütün evlərin dam ortüyü, darvazaları, elektrik və qaz xətləri yenilənəcək".
Qeyd edək ki, Dəmirçi çayı üzərindən tikilmiş körpü Şamaxının ümumi əhalisi 1 000 nəfərə qədər olan 3 kəndini rayon mərkəzi ilə əlaqələndirəcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















