Son 6 ayda 4 körpü tikilib, 4-ü isə bərpa edilib

2016-cı ilin 6 ayı ərazində ümumi isifadədə olan avtomobil yollarında 4 ədəd yeni avtomobil körpüsü tikilib, 4 ədədi isə bərpa edilib. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, Yardımlı rayonu ərazisində Separadi-Teşkan avtomobil yolunun 3-cü km-də Viləş çayı üzərində, Lerik rayonu ərazisində Təbrizli kəndinə giriş avtomobil yolunun 1-ci km-də Lənkəran çayı üzərində, Astara rayonu ərazisində Siyakü – Şəmətük avtomobil yolunun 7-ci km-də Veravul çayı üzərində, Lənkəran rayonunda Mollaoba avtomobil yolunun 2-ci kilometrində Veravul çayı üzərində olan körpülərinin və Gəndob-Xaçmaz-Yalama Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də Qudyalçay üzərində yerləşən körpüdə barraj divarının tikintisi işləri aparılaraq başa çatdırılıb.
Bundan başqa, Daşkəsən rayonu ərazisində yağan aramsız yağışlar nəticəsində qəzalı vəziyyətə düşmüş Dəstəfur-Qıyıxlı avtomobil yolunun 9-cu km-də yerləşən metal körpü və Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 33-cü km-də Toğana çayı üzərində yerləşən körpü bərpa olunub, Gəncə şəhəri Zazalı-İmamzadə kompleksinə gedən avtomobil yolunda dəmir yolu xətti üzərində yol ötürücüsünün yenidən qurulması isə başa çatdırılıb.
Həmçinin Bərdə rayonu ərazisində, Əyricə və Yeni Əyricə kəndlərini birləşdirən, Tərtərçay üzərində yerləşən və uzun illər qəzalı vəziyyətdə olan dəmir konstruksiyalı 35 metr uzunluğunda avtomobil körpüsü də bərpa olunaraq 2016-cı ilin mart ayının 15-də vətəndaşların istifadəsinə verilib.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












