Sosial media platformaları yeni formada işləyəcək

Facebook, WhatsApp, Instagram və Messenger kimi sosial media platformalarının sahibi olan Meta, 2030-cu illərin əvvəlindən etibarən gigavat səviyyəsində nüvə enerjisi istifadə etməyə başlayacaq.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Facebook, WhatsApp, Instagram və Messenger platformaları Meta-nın idarəsi altındadır. Son məlumatlara əsasən, Meta-nın platformalarının ümumi gündəlik istifadəçi sayı 3.29 milyard nəfər təşkil edir. Bu platformaların hamısı məlumat mərkəzlərində fəaliyyət göstərir. Meta isə bu platformalarını müasir dövrün məşhur texnologiyası olan süni intellekt ilə birləşdirməyə çalışır. Bu məqsədlə Meta, xüsusilə Kiçik Modulyar Reaktor (Small Modular Reactor - SMR) adlanan reaktorlar və ya daha böyük nüvə reaktorları sahəsində təcrübəli iş ortaqları axtardığını bildirib. Şirkət, nüvə elektrik stansiyası layihələrinin coğrafi mövqeyi ilə bağlı heç bir məhdudiyyət qoymadığını və bu məsələdə çevik olduğunu qeyd edib.
Meta nüvə enerjisindən istifadəsini həm texnoloji yeniliklərin dəstəklənməsi, həm də iqtisadi inkişaf baxımından mühüm bir addım kimi qiymətləndirir. Şirkətin açıqlamasında belə deyilir: "Yeni innovasiyalar sektorlar arasında effektiv texnoloji irəliləyişlər təmin edərək iqtisadi artımı dəstəkləyərkən, nüvə enerjisinin həm məlumat mərkəzlərimizə (Meta platformalarının fəaliyyət göstərdiyi fiziki infrastruktur), həm də ətrafındakı icmalara enerji təmin edən elektrik şəbəkələrinin inkişaf ehtiyaclarını dəstəkləmək üçün etibarlı və davamlı enerji təmin etməsinə inanırıq".
Meta, nüvə enerjisinə yönələn yeganə texnologiya nəhəngi deyil. Google, ABŞ-da bir neçə reaktor tikmək üçün müqavilə imzalayıb və bu layihələrin 500 meqavatlıq nüvə enerjisi gücü təmin edəcəyi gözlənilir. Microsoft isə ABŞ-dakı Three Mile Island nüvə elektrik stansiyasını yenidən işə salaraq süni intellekt layihələrini dəstəkləməyi planlaşdırır. Eyni zamanda Amazon da nüvə enerjisindən istifadə edəcəyini elan edib.
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










