Sumqayıt yolundakı piyada keçidi sökülür - FOTO+ VİDEO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci kilometrlik hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədi ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilir. Avtosfer.az xəbər verir ki, bu barədə qurumdan verilən məluamat görə, kompleks tədbirlər çərçivəsində yolun “Xırdalan dairəsi” istiqamətinə doğru olan hissəsinin 9-cu kilometrliyində yerləşən yerüstü piyada keçidinin dayaqlarının sökülməsi planlaşdırılır.
Artıq bu istiqamətdə işlərə start verilib və yeni dayaqların tikintisi aparılır. Yeni dayaqların tikintisi başa çatdıqdan sonra mövcud keçidin yeni dayaqlara doğru tikilərək uzadılması, yeni giriş hissənin tikintisi planlaşdırılır. İşlər tam başa çatdıqdan sonra piyada keçidinin köhnə giriş hissəsi və dayaqları söküləcək. Bununla da həmin hissədə yol 5-6 metr genişlənəcək, yolun hərəkət hissəsi isə əlavə 1 hərəkət zolağı enində genişləndirilərək 4 hərəkət zolağına çatdırılacaq.
Bundan sonra yolun “Xırdalan dairəsi”nə doğru olan hissəsinin də 1 hərəkət zolağı enində genişləndirilməsi işləri aparılacaq. Sözügedən işlər 1200 metrlik ərazini əhatə edəcək. Aparılacaq təmir-tikinti işləri çərçivəsində yol kənarlarında səth sularının normal kənarlaşdırılması üçün suötürücü küvetlər də tikiləcək.
Yerüstü piyada keçidinə çatmamış yolun kənarında təqribən 150 metr uzunluğunda, 10-15 metr enində olan süni təpəciyin sökülməsi işləri də tam olaraq yekunlaşdırılıb. Hazırda sökülən süni təpəciyin yerində yeni yol əsası tikilir. İşlər başa çatdıqdan sonra bu hissədə yolun daha 2 hərəkət zolağı enində genişləndirilməsi planlaşdırılır.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-11-ci kilometrlik hissəsində aparılan işlər yekunlaşdıqdan sonra anoloji işlərin əks istiqamətdə, yəni “Xırdalan dairəsi”ndən Bakı şəhərinə doğru zəruri olan hissələrində də aparılması nəzərdə tutulub.
Vətəndaşların təhlükəsizliyi nəzərə alınaraq “Azəryolservis” ASC tərəfindən yolun 6-11-ci kilometrlik hissəsində yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlərin sökülərək, beton arakəsmələrlə əvəzlənməsi işləri də davam etdirilir. Artıq yolun 3 kilometrlik hissəsində bu işlər icra olunub. Sözügedən işlər zamanı da yolun hərəkət hissəsi 3 metrə qədər genişlənir.
Qeyd edək ki, beton arakəsmələr dəmir tirlərdən daha təhlükəsizdir. Çünki betonun aşağısında xüsusi təkərqaytaran hissə-deflektor mövcuddur. Yol qəzaları zamanı nəqliyyat vasitələrinin beton maneə ilə toqquşması əksər vaxtlarda 12 dərəcə bucaq altında baş verir. Nəticədə nəqliyyat vasitəsi təkərqaytarana dəyərək geriyə, yolun hərəkət hissəsinə qayıdır və bir-çox hallarda beton maneə ilə birbaşa toqquşma qeydə alınmır.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












