Sumqayıta müasir avtobuslar gətiriləcək - FOTO

Sumqayıt şəhərində avtomobil nəqliyyatı hərəkətinin təkmilləşdirilməsi, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə müasir standartlara cavab verən sərnişin avtobusları gətiriləcək. Bu barədə Azərtac-a Belarusda səfərdə olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məlumat verib. Z.Fərəcov “Belavtomaz” Holdinqin rəhbəri Dmitri Kateriniclə görüşüb, Minsk Avtomobil Zavodunda (MAZ) istehsal olunan sərnişin avtobuslarına baxıb, iritutumlu sərnişin avtobuslarının istehsalı, istismarı və təhlükəsizlik parametrləri ilə maraqlanıb. Şəhər icra hakimiyyəti başçısının keçirdiyi görüşlərdə Sumqayıtın sərnişin avtoparkının bu zavodun avtobusları ilə təmin edilməsi məsələsi müzakirə olunur.
Qeyd edək ki, Prezident İlham Əliyev 2015-ci il dekabrın 7-də “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən Sumqayıt şəhərinin inzibati ərazisində pilot layihə çərçivəsində sərnişin daşınmasının inkişafı sahəsində tədbirlər görülməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili, sərnişindaşımanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Həmçinin Nazirlər Kabineti Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar qəbul edib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















