Sumqayıtda əla yeniliklər - FOTO

Sumqayıt şəhərində təhlükəsiz şəkildə velosiped idmanı ilə məşğul olmaq istəyənlər yaxın zamanlarda bu istəklərini reallaşdıra biləcəklər.
Avtosfer.az xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətindən milli.az-a bildiriblər ki, Sumqayıt şəhərində ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan ərazidə bulvarın inşasına başlanılıb.
Hazırda bulvarda istinad divarı çəkilib və bulvarın 500 metrlik hissəsində işlər tamamlanmaq üzrədir.
Bulvarda şəhər sakinlərinin piyada gəzintisi, kiçikölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı, velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də eni üç metr olan xüsusi hərəkət zolağı salınır.
Sumqayıt Şəhər Dənizkənarı Bulvar layihəsində velosiped idmanı ilə məşğul olan şəxslərin də istəkləri nəzərə alınıb. Bu məqsədlə bulvarda velosipedçilər üçün ayrıca yol salınacaq.
Bununla yanaşı, bulvarda istirahət obyektləri, attraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu inşa ediləcək, çimərlik zonasında da əsaslı işlər görülərək sakinlərin istifadəsinə veriləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.



Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












