Sürət qatarı istifadəyə verilə bilər - Bakı ilə Naftalan arasında

Sərnişinlərin etibarlılığının və rahatlığının təmin edilməsi məqsədilə Bakıdan Naftalanadək avtomobil, qatar və avtobus əlaqəsi gücləndiriləcək. Avtosfer.az bu barədə "Azərbaycanda" ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nə istinadən xəbər verir.
"Belə ki, Bakı ilə Naftalan arasında sürətli və yüksək keyfiyyətli avtobus və qatar xidmətlərinə başlamaq üçün aidiyyəti dövlət müəssisələri arasında Turizm Şurası vasitəsilə əməkdaşlıq əlaqələri qurulacaq. Səyahət agentlikləri vasitəsilə müvafiq koordinasiya qurulmaqla nəqliyyat vasitələri üçün biletlərin mehmanxanalarda təklif edilən sağlamlıq müalicə paketləri (“beauty treatments”) ilə birlikdə satışı həyata keçiriləcək. Büro tərəfindən müxtəlif növ broşürlər çap edilməklə, turizm informasiya mərkəzləri, yerli kanallar və turizm agentlikləri vasitəsilə həftə içi və həftə sonu sağlamlıq turizminin və nəqliyyat alternativlərinin təqdimatı keçiriləcək."
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2017–2020-ci illər üzrə sağlamlıq turizminin inkişafına dair fəaliyyət planı hazırlanacaq. Bu plana həmçinin 2020-ci ildən sonra sağlamlıq turizminin inkişafına təkan vermək məqsədilə Qəbələ, Şabran, Masallı, Lənkəran rayonları kimi, digər məkanların mövcud təbii ehtiyatlarından istifadə məqsədilə uzunmüddətli planlar da daxil ediləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












