Sürücülər cəriməni yarı-yarı ödəyə biləcək - YENİLİK

Yeni ildən Rusiya İnzibati Xətalar məcəlləsində edilmiş dəyişikliklər qüvvəyə minəcək. Avtosfer.az-ın xarici mətbuata istinadən məlumatına görə, yeni dəyişikliklər yol hərəkəti qaydalarını pozarkən yazılan cərimə məsələləri ilə bağlıdır. Belə ki, artıq sürücü yazılmış cəriməni yarı-yarı ödəyə bilər. Bir şərtlə ki, ödənişin yarısını qərar çıxarılan gündən etibarən ilk 20 gün ərzində etsin. Bu qərar həm də təyin edilmiş sürət həddini qərəzli məqsədlə saatda 40 km-dən çox aşan, zolaqda hərəkətin tam əksinə hərəkət edən və qırmızı işıqdan keçən sürücülərə də aid edilir.
Ancaq o da qeyd edilib ki, ikinci dəfə eyni səhvi edən sürücü cəriməni bütünlüklə ödəməli olacaq.
Bildirək ki, nəzərdə tutulan bu güzəşt ciddi yol qaydası pozuntusu edən – maşını içkili idarə edən və tibbi yoxlanışdan imtina edən, insanların xəsarət alması ilə nəticələnən qayda pozuntusu törədən sürücülərə şamil edilmir. Onlar yazılan cəriməni tam olaraq ilk dəfə üçün ödəməlidirlər.
Fidan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












