Sürücülərə şad xəbər - AYNA bu ərazidə tıxacı azaldacaq yenilik edəcək - VİDEO

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlərə uyğun olaraq növbəti layihə icra edilir. Belə ki, proqramda paytaxtın şimal girişi sayılan və böyük önəm kəsb edən həm Tbilisi, həm də Moskva prospektləri üzrə bir neçə ərazidə işlərin icrası nəzərdə tutulub.
Avtosfer.az xəbər verir kİ, bu barədə AYNA məlumat yayıb.
Bildirilir ki, artıq “Şamaxinka” adlanan ərazidə və Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində layihələr icra olunur.
Növbəti mərhələdə Tbilisi prospektinin daha bir problemli hissəsində “Rəqəmsal əkiz” vasitəsilə təhlillər aparılıb və həllər təklif olunub. Prospektin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində mövcud hərəkətin təşkilindəki bəzi çatışmazlıqlar günün pik saatlarında ciddi sıxlığa səbəb olur. Xüsusilə, icra edilən sola dönmə manevrləri arxadan gələn nəqliyyat axınlarını ləngidir, hərəkətin ritmini pozur və qəza risklərini artırır. Eyni zamanda, burada piyada hərəkətinin təhlükəsizliyi və rahatlığı tam təmin olunmur.
Bu problemlərin köklü həlli məqsədilə həmin ərazidə yol infrastrukturunda dəyişikliklər icra ediləcək. Belə ki, sola dönən nəqliyyat vasitələri üçün axından izolyasiya edilmiş, xüsusi "cib" tipli zolaqlar təşkil olunacaq. Bu yanaşma sayəsində dönmə əməliyyatı edən sürücülər ümumi axından ayrılacaq, düzünə hərəkət edən nəqliyyat vasitələri isə maneəsiz və sürətli şəkildə yollarına davam edə biləcəklər.
Bundan əlavə, Tbilisi prospekti və Həsən Əliyev küçəsinin kəsişməsində hərəkət intensivliyinin yüksək olması və axınların qeyri-bərabərliyi nəzərə alınaraq, burada nizamlanmayan prioritetli hərəkət qaydası ləğv edilir. Əvəzində kəsişmədəki münaqişəli nöqtələri minimuma endirmək və hərəkət növbəliliyini təmin etmək üçün yeni işıqforlar quraşdırılacaq. Bu, kəsişmənin buraxıcılıq qabiliyyətini artırmaqla yanaşı, təhlükəsizliyi də maksimum səviyyəyə çatdıracaq.
Paralel olaraq, piyadaların rahatlığı və əlçatanlığı üçün nizamlanan piyada keçidləri təşkil olunacaq və səkilər yenilənəcək.
Həyata keçirilən bu kompleks tədbirlər sözügedən yol qovşağında qarışıqlığı aradan qaldıracaq, yol hərəkətinin təhlükəsizliyinə və şəhər mobilliyinin keyfiyyətinin artırılmasına xidmət edəcək.
Layihə barədə videoçarxda tanış ola bilərsiniz:
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!










