Sürücülərə yaddaş kitabçası - “Bakubus”dan yenilik

“BakuBus” sürücülər üçün yaddaş kitabçası hazırlayıb. Avtosfer.az xəbər verir ki, sürücülərin maarifləndirilməsi zəruri hesab olunan məlumatların əks olunduğu “Sürücünün yaddaş kitabçası” sərnişindaşıma fəaliyyətini daha səmərəli təşkil etmək və sürücülərin peşəkarlığını artırmaq məqsədi ilə hazırlanıb. Yaddaş kitabçasında avtobus sürücüsü peşəsinin beynəlxalq standartlara uyğun təsviri ilə yanaşı, “Bakubus”da fəaliyyət göstərən sürücülərin iş rejimi, işə hazırlıq prosesində görmələri zəruri olan tədbirlər, sərnişinlərlə davranış qaydaları, avtobusa texniki xidmət eyni zamanda gündəlik fəaliyyətə dair qeydlər və hesabatların verilmə qaydaları əks olunub.
Butün bularla yanaşı sürücünün hüquq və vəzifələri, qəza zamanı hansı zəruri addımların atılması və digər məlumatlar geniş şəkildə yaddaş kitabçasında öz əksini tapıb.
BakuBus sürücülərinə paylanacaq bu kitabçalar bundan sonra “BakuBus”un bütün avtobuslarında olacaq və sürücülər öz fəaliyyətlərini burdakı qaydalara əsasən həyata keçirəcək. Kitabçada göstərilən tələbləri yerinə yetirməyən sürücülər isə inzibati qaydada məsuliyyətə cəlb olunacaq.

Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












