Sürücülərə Yaşıl Kart - Avropa Azərbaycanı ağuşuna aldı

Aprelin 1-i tarixindən Azərbaycan Respublikasının vətəndaşları Avropa İqtisadi Zonasına daxil olan ölkələr, həmçinin İsveçrə, Tunis, Bosniya və Hersoqovina, Makedoniya, Monteneqro, Türkiyə, İran İslam Respublikası, Moldova, Ukrayna, Andorra Knyazlığı, Albaniya və Mərakeş Krallığına avtonəqliyyat vasitəsi ilə səyahət edərkən Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığorta şirkətlərindən Yaşıl Kartları ala bilərlər. Qeyd olunan ölkələrin vətəndaşları da avtonəqliyyat vasitəsi ilə Azərbaycana səyahət etdikdə öz ölkələrindən Yaşıl Kartları əldə edə bilərlər.
Rusiya Federativ Respublikası, Belarus Respublikası və İsrailin Yaşıl Kart büroları İcbari Sığorta Bürosu ilə ikitərəfli sazişləri imzalamadıqları üçün Azərbaycanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələri bu ölkələrə səyahət etdikdə həmin ölkələrdə etibarlı olan Azərbaycan Yaşıl Kartlarını əldə edə bilməyəcəklər və nəticə etibarilə həmin ölkələrə daxil olarkən bu ölkələrin sərhəd sığorta müqavilələrini almalıdırlar. Eynilə, həmin ölkələrdə qeydiyyatdan keçən nəqliyyat vasitələrinə münasibətdə Azərbaycanda etibarlı olan Yaşıl Kartların rəsmiləşdirilməsi mümkün olmadığına görə, bu nəqliyyat vasitələri Azərbaycana daxil olarkən “İcbari sığortalar haqqında” qanunda nəzərdə tutulmuş sərhəd sığorta müqaviləsini bağlamalı olacaqlar./publika.az
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












