Sürücülərin DİQQƏTİNƏ!!! “TikTok”da canlı yayımda bunu etmək QADAĞANDIR! - SƏBƏBLƏR

Yeniliklər 7 Oktyabr 2024 17:10 Oxunub 166
Sürücülərin DİQQƏTİNƏ!!! “TikTok”da canlı yayımda bunu etmək QADAĞANDIR! - SƏBƏBLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mobil cihazlarla sükan arxasında məşğul olan insanların vaxtaşırı qəzalara səbəb olması və bunun ağır nəticələrinin olması ilə bağlı həm sosial şəbəkələrdə, həm də xəbər saytlarında qeyd edilən məlumatların günü gündən artdığının şahidi oluruq. Bununla bağlı sosial şəbəkələr tərəfindən hansısa məhdudiyyətlərin tətbiq edilməməsi uzun illərdir müzakirələrə səbəb olan məsələlərdən biridir.

“TikTok” sosial platforması isə belə bir dövrdə yeni funksiyasını istifadəçilərinə təqdim edib.

Avtosfer.az xəbər verir ki, qlobal səviyyədə insanların əksəriyyətinin qazanc yolu kimi gördüyü sosial platforma olan “TikTok” istifadəçilərinin narazılığına səbəb olan, həmçinin bəzilərinin həyatına son qoyan məsələni gündəmə gətirib.

Belə ki, artıq avtomobil idarə edən şəxslərin “TikTok”da canlı yayım açmaq hüququna məhdudiyyət tətbiq ediləcək. Sükan arxasında olan və avtomobil idarə edən insanların canlı yayımları bloklanacaq. İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə edilir. Lakin sürücülərin telefonu avtomobilin salonundakı şitə bərkidərək qulaqlıqla avtomobil idarə etməsi, yaxud bu üsulla telefondan istifadəsi ölkəmin qanunvericiliyi ilə necəsə tənzimlənmir. İnkişaf etmiş ölkələrdə sürücünün diqqətini avtomobili idarə etməkdən yayındıran bütün hərəkət və vasitələr qanunla qadağan edildiyi halda Azərbaycanda bu istiqamətdə addımalrın atılmaması təəssüf doğurur.

“TikTok” sosial platformasının tətbiq etdiyi yeni məhdudiyyət isə vətəndaşlarımızın qanunvericilikdə öz əksini tapmasa belə, bu cür qayda pozuntularından yayınmasına xidməti kimi başa düşülür.

Mövzu ilə əlaqədar saytımıza açıqlama verən informasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov bildirib ki, “TikTok”un bu məhdudiyyəti təqdirəlayiqdir və alqışlanmalıdır:

“Bildiyimiz kimi, qlobal səviyyədə, eləcə də, ölkəmizdə nəqliyyat sistemi getdikcə mürəkkəbləşir və tıxaclar artır. Belə şəraitdə kimlərinsə sosial şəbəkədə izləyici və “bəyənmə” toplaması üçün avtomobil idarə edərkən “TikTok”da canlı yayım açması dəstəklənməməlidir. Bu funksiya istifadəçilərin hüquqlarının məhdudlaşdırılması kimi başa düşülə bilər, lakin nəzərə almaq lazımdır ki “TikTok” özəl idarəetmə hüquqlarına malik platformadır və öz qaydalarında etdiyi dəyişikliklərlə heç bir real hüquqi pozuntuya səbəb olmur. Platformanın qaydalarında dəyişiklikləri bəyənməyən, onunıa razılaşmayan şəxslər bu sosial platformadan istifadə etməyə, yaxud ən son qəbul edilən qaydalarla razılaşaraq istifadə edə bilər. Yalnız şəxslərin fərdi məlumatlarının üçüncü tərəfə ötürülməsi halında, bu, hüquq pozuntusudur və o zaman istifadəçilər problemlə əlaqədar lazımi instansiyalara müraciət edə bilərlər”.

Mütəxəssis həmçinin vurğulayıb ki, yeni tətbiq edilən məhdudiyyətlə əlaqədar “TikTok”un buraxdığı bir boşluq var.

“Belə ki, “TikTok” yalnız GPS üzərindən istifadəçilərin hərəkətdə, sükan arxasında olub-olmadığına və canlı yayım açmağına nəzarət edə bilir. Bu zaman bir sual yaranır: sürücü deyil də, sərnişin canlı yayım açarsa, o zaman sosial platformanın alqoritmi bu məsələni necə tənzimləyəcək? Yəqin ki, sosial platforma rəhbərliyi bu mövzuya ciddi nəzarət edəcək və bununla bağlı istifadəçilərə rəsmi açıqlama veriləcək. Ümumilikdə belə funksiyalar bütün sosial şəbəkələrə əlavə edilməlidir. Qlobal səviyyədə insanların yol hərəkəti qaydaları, təhlükəsizlik mövzusunda funskiyalar istifadəçilərin həyatının nəzərə alınmasını göstərir”.

Qeyd edək ki, sosial platformanın yeni funksiyası artıq bir neçə gündür ki, tətbiq edilməyə başlanıb və bir çox avropalı istifadəçinin canlı yayımı bu səbəbdən dayandırılıb.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh