Sürücülərin diqqətinə: Bu küçədə təmir bitdi - FOTO - VİDEO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlərin icrası davam edir.
Avtosfer.az xəbər verir ki, bu çərçivədə Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi (Təbriz küçəsi ilə kəsişmədən Fətəli xan Xoyski prospektinədək) təmir olunub.
Təmir işlərinin aparıldığı küçənin uzunluğu 1510 metr, ortalama eni isə 17 metr təşkil edir.
Təmir işləri zamanı küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Ardınca lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda küçə boyu yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunaraq, küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Prezident anons verdi: Cənubi Qafqazda yeni logistika marşrutu açılacaq
24 metro stansiyasının tikintisi üçün torpaq sahələri ayrıldı
Azərbaycanda yeni avtobus kartları istifadəyə verilir – Ekspertdən mühüm açıqlama
Azərbaycanda cərimələrlə bağlı MÜHÜM YENİLİK
Bakıda bu marşrutun avtobusları yeniləndi - VİDEO
"Google Maps"dən Bakı ilə bağlı YENİLİK - FOTO
Prezident ödənilməyən cərimələrlə bağlı qanunu TƏSDİQLƏDİ - DİQQƏT!
Mələkxanım Eyubovaya Rusiyada mükafat verdilər - FOTO
Bu işıqforlara velosiped bölmələri quraşdırıldı - VİDEO
Naxçıvanla İğdır arasında sərnişindaşıma ödənişsiz həyata keçirilir
Yeni sədr özünə müşavir təyin etdi - FOTO










