Sürücülərin diqqətinə – Bu yolda geriyə dönmək asanlaşdı - VİDEO

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 115-ci kilometrliyində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geriyə dönməsini təmin etmək məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən yeni yol hissələri salınıb. ASC-dən Avtosfer.az-a verilən məlumata görə, sözügedən ərazidə Bakı şəhəri istiqamətinə doğru hərəkətdə olan avtonəqliyyat vasitələrinin geri dönməsi üçün 14 metr uzunluğunda və 9 metr enində, əks istiqamətdən gələn avtonəqliyyat vasitələri üçün isə 87 metr uzunluğunda və 6 metr enində yol hissələri inşa edilib. Yeni yol hissələrinə avtonəqliyyat vasitələrinin rahat giriş-çıxışı üçün hər bir istiqamət üzrə yeni hərəkət zolağı salınıb. Yeni hərəkət hissələrinin eni 5 metr, uzunluqları isə bir istiqamət üzrə 440 metrdir ( 440m x 2 ).
Ümumilikdə 5 min m2 – dən çox sahədə əsaslı tikinti işləri həyata keçirilib. Aparılan tikinti işləri zamanı yeni hərəkət zolaqlarının kənarlarında 1.5 metr enində çiyinlər də yaradılıb. Bundan başqa suların kənarlaşdırılması üçün 20 metr uzunluğunda 2 ədəd suötürücü borular inşa edilib.
Tikinti işləri zamanı avtonəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yol ayrıcına yeni əyri-xətli dəmir tirlər quraşdırılıb, hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq


















