Sürücülərin DİQQƏTİNƏ - Prospektin bağlı hissəsi açılır - VİDEO

Nobel prospekti ilə hərəkət edən sürücülər artıq bulvar yoluna çıxmadan öz yolları ilə hərəkəti davam etdirə biləcəklər. Çünki bağlı olan hissə bu axşamdan hərəkətə açılacaq. Sabunçu rayonunda isə inşa edilən yerüstü piyada keçidi ərazidəki nəqliyyat sıxlığını ciddi şəkildə azaldacaq. Nobel prospekti ilə hərəkət edən sürücülər Xətai rayonu ərazisində bulvar yoluna daxil olmadan öz yolları ilə hərəkəti davam etdirə biləcəklər. Çünki, prospektdə təmirə bağlanan yol bu gündən açılır.
"Azəravtoyo"l Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, prospektin Xəqani Rüstəmov küçəsi ilə kəsişən hissəsində 4 işıqforun quraşdırılması nəzərdə tutulur. Bu isə ərazidə fasiləsiz və manesiz hərəkəti təmin etmək məqsədi daşıyır.
Paytaxtın Sabunçu rayonunda da yeni yerüstü yol keçidinin quraşdırılması işləri davam etdirilir.
Onu da qeyd edək ki, 3 saylı şəhər kliniki xəstəxanası da bu ərazidə yerləşdiyinə görə həmişə yolda sıxlıq müşahidə olunurdu. Yeni keçid ərazidə yaranan sıxlığı azaltmağa kömək edəcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












