Sürücülərin kəmər taxmadığı belə müəyyən ediləcək - VİDEO

Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər radara düşəcək. Sirr deyil ki, bəzi sürücülər təhlükəsizlik kəmərindən yalnız stasionar postlara və ya ərazidə xidmət aparan yol polisi avtomobilinə yaxınlaşarkən istifadə edirlər. Artıq kamera və ya radar olan ərazidən kəmər taxmadan keçən sürücü barəsində elektron protokol tərtib ediləcək. Yenilik mayın 1-də qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb. Lakin bu yeniliyin maraqlı tərəfi də var. Sükan arxasındakı sürücünün hərəkət vaxtı kəməri bağlayıb-bağlamadığını xüsusilə də gecələr yaxın məsafədən belə seçmək çətin olur. Bu hallarda həmin qayda pozuntusunun videokamera ilə necə qeydə alınacağı maraqlıdır.
Qeyd edək ki, kəmərdən istifadə etməyən sürücü tək dirəklərdəki radar və kamera vasitəsi ilə yox, müasir patrul və gizli xidmət aparan yol polis avtomobilləri tərəfindən də aşkar edilə bilər. Cəriməyə gəldikdə isə bu, dəyişməz olaraq qalacaq. Yəni kəmərdən istifadə etməyən sürücü 40 manat cərimə ödəyəcək. Nəqliyyat ekspertin sözlərinə görə, bu qayda əksər Avropa ölkələrində hazırda mövcuddur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












