Sürücülərin NƏZƏRİNƏ: Rüsum TƏSDİQLƏNDİ

Nazirlər Kabineti "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği"ni təsdiq edib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə dair xüsusi hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması", eləcə də "Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması" təsdiq edilib, Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə dair hazırlıqlarının, habelə taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıqlarının qiymətləndirilməsinin aparılmasına görə haqqın məbləği 35 manat müəyyən edilib.
Qərar "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram"ı bitirmək haqqında müvafiq şəhadətnamələrə malik şəxslərə şəhadətnamənin etibarlılıq müddətinin sonunadək və 2024-cü il 1 iyul tarixinədək "Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq" keçmiş şəxslərə şamil edilmir.
Azərbaycanın bütün bölgələrində dayanacaqlar yenilənir - Milyonlarla manat xərclənəcək
Yollarda həyat xilas edən yeni sistem: Zərbəni udur, qəza zamanı ölümdən qoruyur - VİDEO
Şəhid oğluna yüksək vəzifə VERİLDİ - FOTO
Əməkdar memardan Bakıda salınacaq tramvay xətləri ilə AÇIQLAMA
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni stansiyalar...
General yüksək vəzifəyə təyin edildi
Generallar indi polkovnik rütbəsində işləyəcəklər - FOTO
Sabahdan bu avtobuslar yenilənir - Gedişhaqqı 50 qəpik
Sürücülərə şad xəbər - AYNA bu ərazidə tıxacı azaldacaq yenilik edəcək - VİDEO
Sərnişinlərə ŞAD XƏBƏR – Bu köhnə avtobuslar yenilənir
DSX generalı yeni vəzifəyə təyin edildi - FOTO










